Ukraynanın Rusiya təcavüzünə qarşı çıxması fonunda Ukrayna prezidenti Vladimir Zelenski dövrümüzün Uinston Çörçillidir.

"Unikal" xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti Corc Buş Ukrayna prezidenti ilə söhbətdən sonra "Instagram"da məlumat verib.

“Mənə prezident Zelenski - zəmanəmizin Uinston Çörçillio ilə bir neçə dəqiqə danışmaq şərəfi nəsib olub. Mən prezidentə rəhbərliyinə, nümunəsinə və azadlığa sadiqliyinə görə təşəkkür etdim",- deyə o yazıb.

Ukrayna prezidenti Vladimir Zelenski ötən gün Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti Corc Buş ilə onlayn görüş keçirib.

Gülayə Mecid