"Rusiya ordusu Ukrayna limanlarında 90 milyon ton taxılın qarşısını kəsiblər ki, bu da dünyanı gələcəkdə ərzaq böhranı ilə təhdid edir".
"Unikal" xəbər verir ki, bunu Ukraynaya dəstək üzrə Varşavada keçirilən beynəlxalq donor konfransının yekunları üzrə Baş nazir Denis Şmıxal deyib .
Həmçinin o, "Tarixdə ilk dəfədir ki, bir ölkə başqa ölkənin limanlarını bağlayır ki, Avropa, Afrika, Asiya üçün ərzaq çıxarmaq mümkün olmasın, 90 milyon ton taxılımız bağlanıb. Üstəlik, taxıl anbarlarımızı bombalayırlar. Ən böyük taxıl anbarlarından altısı raketlərlə dağıdılıb. İşğal etdiyi ərazilərdə işğalçı fermerlərimizi və digər anbarlarımızı qarət edib hamısını öz ölkəsinə, bu məhsulu gözləyən Avropa, Afrika, Asiya ölkələrini heçə sayırlar",- deyə bildirib.
O, dünya ictimaiyyətini limanların bloklanması və anbarlara hücumlarla bağlı problemlərin həllinə kömək etməyə çağırıb:
"Bu il məhsulu saxlamaq üçün heç bir yer olmayacaq və bu növbəti problemdir, çünki dünyada ərzaq böhranı uzun müddət davam edə bilər",- deyə Şmıxal bildirib.
Aynurə Xudaverdiyeva