Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri Qabrielius Landbergis, Edarqs Rinkeviçs və Eva-Mariya Liimetz Kiyevə gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landbergis “Twitter” səhifəsində məlumat verib.

“Biz latviyalı və estoniyalı həmkarlarımızla Kiyevə səfər edirik. Bu dəfə biz həm də Ukraynanın yenidən qurulması, bərpası və Aİ-yə namizəd statusundan danışırıq. Çiçəklənən Kiyev xatırladır ki, ölkə parlaq gələcəyə hazırdır”, - o yazıb.

Gülayə  Mecid