"Ukraynanın bərpası üçün əsas mənbə Rusiya pulu olmalıdır".

"Unikal" xəbər verir ki, bunu Ukraynaya dəstək üzrə Varşavada keçirilən beynəlxalq konfransının yekunları üzrə Baş nazir Denis Şmıxal deyib:

"Bu ziyan qismən tərəfdaşlarımız tərəfindən, qismən də bizim büdcəmiz hesabına maliyyələşdiriləcək, biz bunu hazırda ehtiyat fonddan vəsait ayırmaqla edirik. Lakin Rusiya oliqarxlarının ümumi dondurulmuş hesablarına baxdıqda görərik ki, bank hesablarında 500 milyard dollara yaxın pul var. Biz tələb edirik ki, həmin məbləğ Ukraynanın bərpası üçün ayrılsın”, - deyə o bildirib.

Şmıxalın sözlərinə görə, dövlət rəhbərliyi Rusiyanın dondurulan maliyə hesablarını Ukraynaya verilməsi ilə bağlı danışıqlar aparır.

Aynurə Xudaverdiyeva