Yüzlərlə rusiyalı Londonun mərkəzində toplaşaraq rus qoşunlarının Ukraynadan çıxarılmasını və öz ölkələrində artan avtoritarizmə etiraz ediblər.
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bununla da onlar bütün rusların müharibəni və mülki əhalinin öldürülməsini dəstəkləmədiyini bildirib.
"Biz Ukrayna ilə həmrəyik", - etirazçı ruslardan biri dedi.
Etirazçılar Londonun Parlament meydanında, İkinci Dünya Müharibəsinin lideri Uinston Çörçillin abidəsi yaxınlığında toplaşıblar.
Ağarza Elçinoğlu