Hökumət əleyhinə etirazların gücləndiyi Şri-Lankada ümummilli komendant saatı elan edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılarla hökumət tərəfdarları arasında baş verən qarşıdurmada ən azı 78 nəfər yaralanıb.
Bununla yanaşı, müxalifət və etirazçıların artan təzyiqindən sonra baş nazir Mahinda Rajapaksa istefa verdiyi açıqlanıb.
"Hakim Şri-Lanka Xalq Cəbhəsi Partiyasının (SLPP) üzvü və prezidentin böyük qardaşı Baş nazir Rajapaksa etirazçılar və müxalifətin istefaya təzyiqindən sonra istefa verib", - KİV-də qeyd olunub.
Gülayə Mecid