Rusiya ordusu yenidən Xarkovu atəşə tutub. Hücum nəticəsində biri beş aylıq körpə olmaqla 8 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Milli Polisin rəhbəri İqor Klimenko bildirib.

Onun sözlərinə görə, bu gün baş tutan hücum zamanı daha 17 nəfər yaralanıb.

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğunun son məlumatına əsasən, Rusiyanın hərbi təcavüzü nəticəsində indiyədək 240 uşaq ölüb, 436 uşaq güllə və qəlpə yarası alıb, 676 azyaşlı isə müxtəlif dərəcəli xəsarət alıb.