İndoneziyanın Sulavesi adası sahillərində 43 sərnişinin olduğu gəmi batıb.
"Unikal" xəbər verir ki, xilasedicilər 17 nəfəri çıxara bilib.
Hazırda gəmidə olan digər 26 nəfərin axtarışları davam etdirilir.
İlkin məlumatlara əsasən, qəzaya gəmidə mazut çatışmazlığı və əlverişsiz hava şəraiti səbəb olub.