Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ona müharibədən 1 il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu.
"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı Niderlandın NOS agentliyinə müsahibəsində bildirib.
“Ölkəmiz hazırlaşırdı. Bilirdik ki, hər an irimiqyaslı hücum ola bilər. Bizə hələ 1 il əvvəl səngər qazmaq və əhalini köçürmək təklif edilirdi. Bu doğru yol deyildi və cəmiyyətdə çaxnaşma yaratmağa ehtiyac yox idi” – deyə Zelenski qeyd edib.
Dövlət başçısı bildirib ki, müharibədən 1 il əvvəl belə bir addım atmaq iqtisadiyyat zərbə vura bilərdi: “Hər bir addım maliyyə vəziyyətinə zərbə vurur. Biz bunu müharibə başlayandan sonra daha ciddi hiss etdik. Büdcə kəsirimiz 5 milyardı keçib. Bu kəsr martdan sonra başlayıb. Əgər 1 il əvvəl kampaniyaya başlasaydıq, o zaman iqtisadiyyatımız ümumiyyətlə mövcud olmayacaqdı.”