Yəmənin Əden şəhəri yaxınlığındakı “Əş-Şeyx-Usman” bazarında terror aktı törədilib.
"Unikal" xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb. Nəzərə çatdırılıb ki, bazardakı dükanların birində çəlləyin içinə yerləşdirilən bomba uzaqdan idarəetmə nəticəsində partlayıb. Partlayışın nəticəsində 1 nəfər uşaq olmaqla 5 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Polis və xüsusi xidmət orqanları araşdırma aparırlar.