BBC-nin Britaniya bölməsi sanksiya tətbiq edilən rusların qohumlarının axtarışı barədə məlumat yayıb.
"Unikal" xəbər verir ki, söhbət Britaniyada yaşayan sahibkarlar və onların qohumlarından gedir.
Axtarış tədbirləri Britaniya Milli Cinayət Agentliyi (NCA) tərəfindən həyata keçirilir.
Belə ki, “Alfa-Bank”ın Direktorlar Şurasının keçmiş sədri Petr Avenin Londondakı mənzilində orada yaşayan qohumunun hesabına 400 min funt sterlinq köçürülməsi barədə məlumat daxil olduqdan sonra axtarışlar aparılıb.
Onlar, həmçinin "Alfa Group" konsorsiumunun ortaq sahibinin idarəedici direktoru və Müşahidə şurasının sədri Mixail Fridmanın hazırda yaşadığı Surreydəki mülkdə axtarış aparıblar.
Həbs edilən britaniyalının 1,5 milyon funt-sterlinq hesabı üzə çıxıb.
Ramil Zeynallı