Pakistanda vəzifəsindən uzaqlaşdırılan keçmiş baş nazir İmran Xan Şahbaz Şərif administrasiyasını təhdid edib.
"Unikal" CNN İnternational-a istinadən xəbər verir ki, İmran Xan Pakistanın ABŞ-da yetişdirilən “xainlər” tərəfindən idarə olunduğunu deyib: "Bu xaricdən gətirilən hökumətə yeni seçkilər elan etmək üçün 6 gün vaxt verirəm. Əks halda, 2 milyon insanla yenidən İslamabada girəcəyəm"
Xatırladaq ki, aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsi nəticəsində İmran Xanın hökuməti süqut edib. Aprelin 11-də keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.
Bu vəziyyəti ölkəsinin “qaz təchizatı, buğda və kibertəhlükəsizliklə bağlı texnologiyaya ehtiyacı var” sözləri ilə müdafiə edən Xan hökumətinin devrilməsində ABŞ-ı günahlandırır.
Ramil Zeynallı