Nepalın “Tara Air” aviaşirkətinə məxsus təyyarə yoxa çıxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə 3 ekipaj üzvü, 13 Nepal, 4 Hindistan və 2 Almaniya vətəndaşı olub.

Mənbələrin bildirdiyinə görə, Kanada istehsalı olan kiçik “Twin Otter” təyyarəsi Pokharadan Comsoma uçarkən itib. Hazırda onun axtarışı davam edir.