Fransalı jurnalist Frederik Lekler-İmhoff Ukraynada öldürülüb.
"Unikal"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Emmanuel Makronun açıqlamasında deyilir.
"Jurnalist Frederik Lekler-İmhoff müharibənin reallığını göstərmək üçün Ukraynada idi. O, Rusiya bombalarından qaçmaq məcburiyyətində qalan mülki şəxslərlə birlikdə humanitar yardım avtobusunda ölümcül yaralandı", - Makron bazar ertəsi "Twitter" səhifəsində yazıb.
Ağarza Elçinoğlu