Rusiya Federasiyasının prezidenti Vladimir Putin həftələr sonra Rusiya dövlət televiziyası “Rossiya 1”ə müsahibə verib.
"Unikal" xəbər verir ki, Putin müsahibəsində Qərbin Ukraynaya uzaqmənzilli raketlər vermək cəhdlərini günahlandırıb.
"Biz müvafiq nəticələr çıxaracağıq və belə bir vəziyyət yaranarsa, silahımızdan indiyədək vurmadığımız hədəfləri vuracağıq”, - deyə Rusiya lideri Qərbi təhdid edib.
Onun sözlərinə görə, Kiyevə yeni silah tədarükü münaqişəni uzatmağa yönəldir.
Digər tərəfdən, Rusiya həftələr sonra Ukraynanın paytaxtı Kiyevdə yeni bir hücum həyata keçirib. Moskva rəhbərliyi hücumda Avropanın təchiz etdiyi tankların saxlandığı ərazinin hədəf alındığını, Ukrayna isə raketlərin tankın olmadığı qatar təmiri obyektinə dəydiyini bildirib. Hücumdan sonra şəhərin üzərində qara tüstü qalxdığı görülüb. Hücum nəticəsində ən azı bir nəfərin yaralandığı bildirilib. Rusiya qoşunları Ukraynanın şimalındakı Donbass bölgəsinə hücumlarını gücləndirdiyindən paytaxt Kiyev böyük ölçüdə xilas olub. Şəhərdə həyat yavaş-yavaş normallaşdıqca bar və kafelər yenidən fəaliyyətə başlayıb.
Gülayə Mecid