"Real" Orelyen Tçuamenini transferi üçün "Monako" ilə şifahi razılığa gəlib.
"Unikal" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Madrid klubu 22 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı knyazlıq təmsilçisi ilə anlaşıb. Transferin məbləği 100 milyon avrodan çox olacaq.Hazırda klublar lazımi sənədləşmə işlərini yekunlaşdırır. Bundan sonra futbolçunun transferi rəsmən açıqlanacaq.
Bildirilib ki, fransalı oyunçu "Real"a keçmək üçün PSJ, "Liverpul" və "Mançester Yunayted"dən imtina edib.
Qeyd edək ki, Tçuameni "Monako"nun heyətində 50 oyuna çıxıb və 5 qol vurub.