Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı başda Ukrayna və Suriya olmaqla ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.
Ukrayna kontekstində nazir Akar daha çox insan tələfatının qarşısının alınması, regionda sülhün və sabitliyin bərpası, ağırlaşan humanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, nazirlər taxıl, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması üçün görülə biləcək tədbirləri də müzakirə ediblər.