ABŞ-ın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Bridcet Brink Buçaya səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Kiyev polisinin rəisi Andrey Nebytov məlumat verib.
"İşğalçılar tərəfindən öldürülən vətəndaşların kütləvi dəfn olunduğu yer, dinc əhalinin güllələndiyi uşaq düşərgəsindəki işgəncə kamerası, mərmilərlə dağıdılan evlər... Bu gün ABŞ-ın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Bridcet Brink Buçada Rusiya Federasiyası ordusunun bütün bu irimiqyaslı cinayət yerlərini görüb”, - Nebitov bildirib.
Gülayə Mecid