İraqın baş naziri Mustafa Əl-Kazemi hazırkı hökumətin İran qazına borcu olmadığını bildirib.
"Unikal" xəbər verir ki, Kazımi paytaxt Bağdadda keçirdiyi mətbuat konfransında ölkədəki elektrik kəsintilərindən danışıb.
İraqın İrana qaz borcu olduğu və buna görə də elektrik istehsalında istifadə etdiyi qaz miqdarını İrandan ala bilmədiyi xəbəri ilə bağlı Kazımi, "Mənim hökumətimin İrana qaz borcu yoxdur. Yığılmış qaz borcları köhnə hökumətlərə aiddir", - deyə cavab verib.
Ölkədə elektrik enerjisi xidməti sektorunun zəif idarə olunduğunu deyən Kazımi qonşu ölkələrlə elektrik cərəyanı layihələri həyata keçirmək istədiklərini bildirib.
İraqda dövlət tərəfindən təmin edilən milli elektrik xidməti gündə orta hesabla 3 ilə 5 saat arasında dəyişir. Camaat günün qalan vaxtlarında məhəllə generatorlarından aldığı elektrik enerjisindən ödənişli istifadə edir. Bu generatorlar çıxardıqları səs-küydən əlavə ətraf mühiti çirkləndirir və insan sağlamlığına mənfi təsir göstərir.
Gülayə Mecid