Türkiyənin paytaxtı Ankara şəhərindəki küçələrin birinə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, ictimai xadim Əhməd Cavadın adı verilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, İstiqlal şairinin 130 illiyi münasibətilə onun adına verilən küçənin açılışı olub.
Aynurə Xudaverdiyeva