Dünyada üçüncü dünya müharibəsi elan edildi.
"Unikal"ın "İzvestiya"ya istinadən verdiyi xəbərə görə, bu fikri iyunun 14-də Roma Papası Fransisk deyib.
"Bir neçə il əvvəl ağlıma gəldi ki, biz üçüncü dünya müharibəsini hissə-hissə yaşayırıq. Bu gün inanıram ki, üçüncü dünya müharibəsi elan edilib", – Papa bildirib.
Həmçinin Roma Katolik Kilsəsinin rəhbəri xatırladıb ki, Ukrayna ilə yanaşı, digər ölkələrdə də münaqişələr davam edir: "Müharibənin hələ də davam etdiyi və heç kimin vecinə olmadığı Afrikanın bəzi hissələrini, Nigeriyanın şimalını, Konqonun şimalını düşünün. 25 il əvvəl Ruanda. Myanma və Rohincaları götürək. Dünya müharibədədir", - deyə Fransisk əlavə edib.
Ağarza Elçinoğlu