"Keçən həftə bir qutu sümük qalıqları Ağdamın Şıxbabalı, 2 qutu sümük qalıqları Kəlbəcərin Zallar, bir qutu sümük qalıqları isə Kəlbəcərin Çıraq kəndindən gətirilib ".
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.
O bildirib ki, həmin sümük qalıqları protokollaşdırılıb və bu həftə məhkəmə-tibbi müayinəsi həyata keçiriləcək.