İran etirazlar səbəbilə bağlamaq qərarına gəldiyi İraq quru sərhədlərini nümayişlərin bitməsi ilə yenidən açdığını və İraqa uçuşları yenidən başlatdığını açıqlayıb.
"Unikal" xəbər verir ki, Sədr Qrupunun lideri Müqtəda Sədrin siyasətdən getmə qərarından sonra ölkədə başlayan etirazlar səbəbilə İran İraqla quru sərhədlərinin növbəti xəbərdarlığa qədər bağlı olduğunu açıqlamışdı.
İranın daxili işlər naziri Əhməd Vahidi İraqın paytaxtı Bağdadda nümayişlər səbəbilə bağlanan İran-İraq sərhəd qapılarının iki gündür açıldığını açıqlayıb.
Qarşıdan gələn “Ərbəin” mərasimləri ilə əlaqədar Kərbəlaya gedəcək iranlıların narahat olmaması lazım olduğunu bildirən Vəhidi “İraqda baş verən siyasi böhran hakimiyyətin sakitliyi sayəsində aradan qaldırılıb. Erbain ziyarətçilərimiz rahatlıqla ziyarət edə bilərlər”.
Vahidi nümayişlər səbəbilə dayandırılan Tehran İmam Xomeyni hava limanından Bağdada uçuşların bərpa olunduğunu açıqlayıb.
İraqın paytaxtı Bağdadda başlayan nümayişlərə görə İran rəhbərliyi Mehran, Xosrəvi və Şələmçənin İraqla sərhəd qapılarını bağlamaq qərarına gəlmişdi və Tehran İmam Xomeyni hava limanından Bağdada uçuşları dayandırmışdı.