Ermənistanda general-leytenant Calal Harutyunyana qarşı cinayət işi qaldırılıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, onun xidməti vəzifəsinə səhlənkar münasibət göstərdiyi və bunun ağır nəticələrə gətirib çıxardığı bildirilir.
Aparılan cinayət işi çərçivəsində aparılan genişmiqyaslı istintaq-əməliyyat və inzibati tədbirlər nəticəsində müəyyən edilib ki, hərbi rəhbər, general-leytenant rütbəsində olan Calal Harutyunyan elan edilmiş hərbi vəziyyət dövründə xidməti vəzifələrinə səhlənkar münasibət göstərib, onları lazımınca yerinə yetirməyib.