Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, Bu barədə Çin Xalq Respublikasının Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən ölənlərin sayı 46-ya çatıb.

29 qurbanın cəsədi Qardze-Tibet Muxtar Vilayətində, 17 nəfərin isə Yaan şəhər dairəsində aşkar edilib.

50-dən çox insan yaralanıb, daha 16 nəfər itkin düşüb. Ümumilikdə, qeyd olunan ərazilərdə 50 mindən çox insan müvəqqəti olaraq köçürülüb.

17:20

Çinin Sıçuan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində azı 21 nəfər həlak olub. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Ərazidə xilasetmə işləri davam etdirilir. 

***09:54

Çinin Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki,  Çin Zəlzələ Şəbəkələri Mərkəzi Siçuan əyalətində ilk zəlzələnin 16 kilometr dərinlikdə baş verdiyini bildirib.

Hələlik zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.