Türkiyədə Moskva-Antalya reysində əlbəyaxa dava salan rusiyalı turist saxlanılıb.

"Unikal" xəbər verir ki,  dava edən şəxsin həddindən artıq sərxoş olduğu bildirilir.

Videoda qadının digər sərnişinləri söydüyü görünür. 

Onlar sərnişini kresloya oturtmaq və sakitləşdirmək üçün üç dəfə cəhd ediblər, lakin o, stüardessanın əllərindən tutmağa başlayıb. Hətta onu lentlə bağlamaq istəsələr də, qadın yenə də problem yaratmağa davam edib.

Nəticədə ekipaj hadisə barədə Türkiyənin hüquq-mühafizə orqanlarına məlumat verib. Gələn kimi turist polisə aparılıb.