İran Ermənistanda avtomobil zavodu tikəcək.
"Unikal" xəbər verir ki, bunu İranın Ticarətin Təşviqi Təşkilatının (TPOI) rəhbəri Əlirza Payman-Pak deyib.
İran rəsmisi Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan ilə görüşüb və bu görüşdə tərəflər ticarət əlaqələrinin inkişafı, malların tranziti üçün alternativ yollar, Ermənistanda İran avtomobili istehsalı xəttinin tikintisi və müştərək avtomobilin tikintisini müzakirə ediblər.
Peyman-Pak bildirib ki, İran Avrasiya İqtisadi İttifaqına (Aİİ) məhsul ixrac etmək məqsədi ilə Ermənistanda avtomobil istehsalı zavodu tikəcək. O, həmçinin bildirib ki, TPOI Ermənistanda avtomobil istehsalı xəttini işə salmağı təklif edib.
O, oktyabrın ortalarında İrandan yüksək səviyyəli ticarət-iqtisadi nümayəndə heyətinin İran ticarət mərkəzinin açılması üçün Ermənistana gedəcəyini qeyd edərək, Ermənistanda avtomobil istehsalı zavodunun fəaliyyətə başlamasının ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə ümid etdiyini bildirib.