İlin əvvəlindən Avropa bazarında Rusiyadan tədarük olunan qazın payı 50%-dən 9%-ə qədər azalıb.
"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Onun qiymətləndirməsinə görə, ilin əvvəlində Avropada bütün enerjinin dörddə biri (25%) “qazın payına düşür, onun 50%-i Rusiyadan gələn qazdır”.
"İndi onun payı 9%-ə qədər azalıb", - Fransa prezidenti əlavə edib.
Onun sözlərinə görə, Aİ qışın soyuq keçə biləcəyinə və Rusiyadan qaz nəqlinin dayandırılacağına hazırlaşırdı.
“Bunun üçün biz elektrik enerjisi istehlakını 10% azaltmalı olacağıq”, - deyə Makron yekunlaşdırıb.