Aylar əvvəl İcevan-Noyemberyan avtomobil yolundan yerli kilsənin həyətinə köçürülən Nikol Paşinyanın heykəlinin başı beşinci dəfə sındırılıb.
"Unikal" xəbər verir ki, heykəl gecə saatlarında sındırılıb. Baş nazirin heykəlinin yenidən qoyulması üçün hazırda təmir işləri aparılır.
Xatırladaq ki, bundan öncə mayın 13-də Nikol Paşinyanın heykəlinin başını sındırıb, daha sonra üzərinə qırmızı boya töküblər.