Baş nazir Nikol Paşinyan sentyabrın 6-9-da Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.
"Unikal" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Vladivostokda Paşinyan Rusiya prezidenti Vladimir Putin və digər dövlət başçılarının iştirakı ilə keçiriləcək 7-ci Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyanın yolu” mövzusunda plenar iclasında iştirak edəcək.
Ermənistan Respublikasının baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında da görüş nəzərdə tutulub.