Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın ticarət naziri Gina Raimondo, Hollivud aktyorları Şon Penn və Benjamin Edvard Meara Stiller də daxil olmaqla 25 ABŞ vətəndaşına sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada, ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya vətəndaşlarına, ABŞ konqresinin üzvlərinə, yüksək səviyyəli rəsmilərə, biznes nümayəndələrinə və 25 ABŞ vətəndaşına qarşı getdikcə genişlənən sanksiya qərarlarına cavab olaraq, "mədəniyyət sahəsi"nin Rusiyaya girişi qadağan edilib.
Sanksiya qərarına daxil edilən 25 nəfərlik siyahıda ABŞ-ın ticarət naziri Raimondo, kino aktyorları Penn və Stiller, bəzi senatorların adları da siyahıya salınıb.