Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Liz Trussın rəsmi olaraq baş nazir vəzifəsini icra edən kimi istefa verəcəyini bildirib.
"Unikal" xəbər verir ki, Patel hazırkı Baş nazir Boris Consona göndərdiyi istefa məktubunda belə yazıb.
"Mən Liz Trussı seçilməsi münasibətilə təbrik edirəm və yeni baş nazirimiz kimi onun yanındayam", - Patel hazırkı Baş nazir Boris Consona göndərdiyi istefa məktubunda yazıb.
"Liz rəsmi olaraq vəzifəyə başlayandan və yeni daxili işlər naziri təyin etdikdən sonra mən ölkəmə və Witham seçki dairəsinə deputat kimi xidmət etməyə davam edəcəyəm" dedi.