Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Çavuşoğlu açıqlamasında bildirib ki, Ankara Fransadakı türk və müsəlman icmasının məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazım olan bütün tədbirlərin görülməsini gözləyir.
Fransa xarici işlər naziri Türkiyənin Ukraynadan taxıl tədarükünü təşkil etdiyi üçün Çavuşoğluna təşəkkür edib.