"Air Centennials"ın hücumçusu Eli Polfriman matç zamanı dünyasını dəyişib .

"Unikal" xəbər verir ki, xokkeyçi Centennials və Boston Junior Bruins-in gənclərdən ibarət komandaları arasında mövsümöncəsi turnir çərçivəsində keçirilən oyunda fasilə zamanı paltardəyişmə otağında yıxılıb.

Həmin vaxt komandanın həkimi digər zədəli xokkeyçi ilə birlikdə buz üzərində olub. O, Polfrimanın qışqırıqlarını eşidib və ona ilk tibbi yardım göstərmək üçün paltardəyişmə otağına qaçıb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını 20 yaşlı Polfrimanı reanimasiya etməyə çalışıb. Bunu etmək mümkün olmayıb və xəstəxanada həkimlər onun öldüyünü bildiriblər. İdmançının ölümünün səbəbləri müəyyənləşdirilir.