Əfqanıstanın paytaxtında Rusiya səfirliyi yaxınlığında törədilən hücuma görə məsuliyyəti “İslam dövləti” terror qruplaşması öz üzərinə götürüb.
"Unikal" xəbər verir ki, bu barədə qrupun bəyanatında deyilir.
Terror aktı sentyabrın 5-də səhər saatlarında Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında baş verib. Naməlum şəxs partlayıcı qurğunu işə salıb. Nəticədə, ilkin məlumatlara görə, 15-20 nəfər xəsarət alıb. İki Rusiya diplomatik missiyasının əməkdaşı da daxil olmaqla, azı 10 nəfər həlak olub.
Hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının yaratdığı profil xidmətlər hadisə ilə bağlı araşdırmalara başlayıb . Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya səfirliyinin əməkdaşlarının ölümü ilə bağlı cinayət işinin açılmasına göstəriş verib .
Rusiyanın Kabildəki səfirliyinin mühafizəsi tədbirləri , o cümlədən “Taliban hakimiyyəti”nin əlavə qüvvələrinin və Əfqanıstanın əks-kəşfiyyatının cəlb edilməsi ilə gücləndirilib .