Nigeriyanın Bauçi əyalətində sarı qızdırma epidemiyası səbəbindən 14 nəfər həyatını itirib.
"Unikal" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada sarı qızdırma epidemiyasının ölkənin 10 əyalətinə yayıldığı bildirilib.
Məlumata görə, bu bölgələrdə 1179 sarı qızdırma hadisəsi aşkarlanıb, epidemiya səbəbindən 14 nəfər ölüb.
Bildirilib ki, hökumət epidemiya ilə bağlı tədbir görüb və səhiyyə ocaqlarına sərbəst nəzarətə başlanılıb.