Rusiya lideri Vladimir Putin “Vostok-2022” təlimlərinin yekun hissəsinin keçirildiyi Vladivostokdakı Sergeevski poliqonuna gəlib.

"Unikal" "İnterfaks"a istinadən xəbər verir, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. 

"Putin hazırda müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla qapalı görüş keçirir", - deyə o,  qeyd edib. 

Bundan əlavə, prezidentin mətbuat katibi Putinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanda keçiriləcək sammitində şəxsən iştirak edəcəyini bildirib.

Gülayə  Mecid