Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şassisi qırılan təyyarə Urala qəza enişi etməli olub.
"Sentyabrın 6-da Yekaterinburq - Soçi marşrutu ilə uçan təyyarə texniki nasazlıq olması barədə təcili siqnal verib. U6-305 reysi zamanı uçuş mərhələsində eniş mexanizmlərinin geri çəkilməsi sistemində nasazlıq aşkarlanıb, bundan sonra Koltsovo hava limanında təcili eniş edilib", - məlumatda deyilir.
Ağarza Elçinoğlu