Böyük Britaniyanın Baş naziri Boris Conson sonuncu dəfə xalqa müraciət edib.
"Unikal" xəbər verir ki, Conson Baş nazir kimi ictimaiyyət qarşısında etdiyi son çıxışında yeni baş nazir Liz Truss və onun hökumətini dəstəkləyəcəyinə söz verib.
Boris Conson hökumətinin fəaliyyəti dövründə gördüyü işlərə yekun vurub və kabinetini Rusiya Prezidenti Vladimir Putinə qarşı işlərinə görə təqdir edib.
"Putin enerji böhranında Britaniya xalqını şantaj edə biləcəyini düşünürsə, aldanıb",- deyə o, ifadə edib.
Çıxışında enerji böhranına toxunan Conson, "Bilirəm ki, Liz Truss və mərhəmətli Mühafizəkar Partiya hökuməti insanları bu böhrandan çıxarmaq üçün əlindən gələni edəcək və biz qalib gələcəyik",- deyə vurğulayıb.
Gülayə Mecid