Yaponiyada 5 saata yaxın uşaq bağçasına məxsus avtobusda unudulan 3 yaşlı qız istidən dünyasını dəyişib.
“Unikal” xəbər verir ki,hadisə Makinohara şəhərində qeydə alınıb. Belə ki, 6 şagird və müdirin olduğu avtobusda azyaşlı yaddan çıxıb.
Təqribən 5 saat sonra avtobusa qayıdan şagirdlər 3 yaşlı qızı avtomobildə huşsuz vəziyyətdə tapıblar. Yüksək hərarət əlamətləri ilə xəstəxanaya çatdırılan qızı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
3 yaşlı qızın istidən öldüyü bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Samirə Bəhramova