Kreml Çin lideri Si Cinpinin koronavirus pandemiyasından sonra ilk xarici səfərini Rusiyaya deyil, Qazaxıstana edəcəyinə görə incimir.
"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov əlavə edib ki, Rusiya dostları, müttəfiqləri və qonşuları arasında ikitərəfli münasibətlərin inkişafını alqışlayır.
Bildirək ki, Çin prezidenti Si Cinpin sentyabrın 14-də Qazaxıstana rəsmi səfər edəcək və bu, onun koronavirus pandemiyası başlayandan bəri ilk xaricə səfəri olacaq.
Gülayə Mecid