Ukraynada Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Volodimir Krupçakın 1 milyard qrivnadan çox dəyərində kağız və karton istehsal edən müəssisələrin korporativ hüquqları və mülkiyyətinə həbs qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosu (BEB) məlumat yayıb.
"Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosunun əməkdaşları Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputana məxsus Ukrayna ərazisində fəaliyyət göstərən 9 müəssisə aşkarlayıblar", - məlumatda deyilir.
Xüsusilə, nəşriyyat fəaliyyəti və kağız məmulatlarının istehsalı ilə məşğul olan bir şirkətdə xüsusilə külli miqdarda vergidən yayınma halları ifşa edilib. İstintaq müəyyən edib ki, vəzifəli şəxs gəlir vergisini və torpaq vergisini ödəməkdən yayınıb və nəticədə faktiki olaraq büdcəyə 132 milyon qrivnadan çox vəsait ödəməyib.
Hazırda Volodimir Krupçak barəsində cinayət işi açılıb.
Gülayə Mecid