Britaniya kraliça II Yelizaveta Baş nazir Boris Consonun istefasını qəbul edib.
"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, istefanı təsdiqləmək üçün o, Şotlandiyanın Balmoral qəsrindəki II Elizabetin iqamətgahına gedib. Kraliça dərhal onu onu qəbul edib. Consonun ardınca İngiltərənin yeni təyin olunmuş Baş naziri Liz Trass Bukingem Sarayına gedib. Ənənəyə görə, o, kraliça tərəfindən tanınmalıdır. Səfərdən sonra o, rəsmi olaraq Baş nazir olacaq və öz hökumətini qurmağa başlaya biləcək.
Bu gün səhərki çıxışında Conson bildirib ki, artıq Liz Trassa dəstək verəcək: "Siyasətə son qoymağın vaxtıdır".
Ağarza Elçinoğlu
Conson istefa ərizəsini qəbul etdirmək üçün kraliça II Yelizaveta ilə görüşə gedib. pic.twitter.com/Cr7wcQRoKm
— Unikal Media Group (@UnikalOrgPortal) September 6, 2022