Türkiyənin Qaziantep şəhərində fabrikdə partlayış baş verib.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub. Xəsarət alanların da olduğu deyilir.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası cəlb olunub.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.