Yunanıstan Türkiyə ilə quru sərhədi boyunca 140 km-lik hasar çəkəcək. 

"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, bununla da Türkiyə ilə Yunanıstan arasındakı quru sərhəd tamamilə hasarlanmış olacaq. 

Hazırda mövcud 40 km-lik hasarın uzadılmasına başlanılıb. 

Yunan polisinin məlumatına görə, ilin ilk yeddi ayı ərzində hakimiyyət orqanları Türkiyədən keçməyə çalışan 7 484 qaçqın və miqrantı həbs edib. 

Ağarza Elçinoğlu