Rusiyanın işğal etdiyi Zaporojye vilayətinin Berdyansk şəhərinin komendantı Artem Bardin ağır yaralanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun avtomobili şəhər administrasiyası yaxınlığında partladılıb. 

Bardinin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib. 

Şəhər rəhbərliyi partlayış nəticəsində üç mülki avtomobilin zədələndiyini qeyd edib. 

Ağarza Elçinoğlu