Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərinə işgüzar səfərə gədib.
"Unikal" xəbər verir ki, Nazirlər Kabinetinin rəhbərinin rəhbərlik etdiyi nümayəndə heyətinə baş nazirin müavini Mher Qriqoryan, NA-nın vitse-spikerləri Akop Arşakyan, Ruben Rubinyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və digər rəsmi şəxslər daxildir.
Paşinyan Vladivostokda Rusiya prezidenti Vladimir Putin və digər dövlət başçılarının iştirakı ilə keçiriləcək 7-ci Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya doğru” mövzusunda plenar iclasında iştirak edəcək.
Ermənistan Respublikasının baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında da görüş nəzərdə tutulub.