Ağcaqanadlar vasitəsilə ötürülən Qərbi Nil virusundan 14 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Yunanıstanda adətən ağcaqanadlar tərəfindən ötürülən Qərbi Nil virusuna yoluxma halları artmaqdadır.
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) verdiyi açıqlamada Yunanıstanda 160 adamda görülən Qərbi Nil virusundan 14 nəfər ölüb.
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) verdiyi açıqlamada hadisələrin 98-nin menenjit kimi mərkəzi sinir sisteminə təsir edən pozğunluqlardan şikayətləndiyi, 62-nin isə yüngül simptomlar göstərdiyi və ya heç bir əlamət göstərmədiyi bildirilib.