Avropa İttifaqı payızda COVID-19-un yeni dalğası gələnədək öz vətəndaşlarını koronavirus infeksiyasından qorumaq niyyətindədir.
"Unikal" xəbər verir ki, Avropa Parlamentində əczaçılıq sənayesinin nümayəndələri deputatlarla ikinci nəsil peyvəndlərin istehsalını müzakirə ediblər.
Sentyabrın 1-də Avropa Dərman Agentliyi "BioNTech/Pfizer" və "Moderna"nın yeni versiyalarının tətbiqinə razılıq verib. Avropa Komissiyası isə üzv dövlətlərdən təcili olaraq milli peyvənd strategiyalarını hazırlamağı xahiş edib.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin proqnozuna görə, kifayət qədər sakit yaydan sonra bir neçə ölkə yoluxma hallarında artım görə bilər.