Böyük Britaniyanın yeni seçilmiş baş naziri Liz Truss keçmiş əmək və pensiya naziri Terese Koffini səhiyyə naziri və baş nazirin müavini təyin edib.
"Unikal" xəbər verir ki, Böyük Britaniya yeni baş nazir seçimindən sonra yeni hökuməti formalaşdırmağa başlayıb.
"Parlamentin hörmətli üzvü Dr. Terese Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş Nazirin müavini vəzifəsini də icra edəcək", - Baş Nazirlikdən verilən açıqlamada deyilir.
O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.
Böyük Britaniyanın keçmiş biznes katibi Kvazi Kvartenq Maliyyə Nazirliyinin kansleri təyin edilib. Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceyms Kleverli Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib.